2009-01-06

shahin101: (azza)
2009-01-06 11:55 am

Əliağa Vahid

Gəldi Məhərrəm ayı,
molla fırıldaq dayı.

Qoşul rövzəxanlara
Köhnə müsəlmanlara
Gündə get ehsanlara
Ye bozbaşı, iç çayı,
Molla fırıldaq dayı.

Yanla molla Qəvamı
Tovla beş-on avamı,
Qətlə yetir İmamı,
Özün də Şümrün tayı
Molla fırıldaq dayı.
...
Əzəldən dolaşıqsan,
Nə molla, nə aşıqsan,
Hər qazanda qaşıqsan,
Hərcayısan, hərcayı.
Molla fırıldaq dayı.