Bakı kəndləri
Mar. 9th, 2011 03:45 pmGəlməyib rəhm yəqin Mərdəkana,
Sayılır gərçı Buzovna miyana,
Xudpəsənd olmağa əhli Ramana,
Bircə Zabratdır aman əhli üçün.
Keşlə məşhurdur - sarsaq bitirər,
Suraxanı suyu qatil yetirər,
Bülbülə öz başına qal gətirər,
Xilədir mərsiyəxan əhli üçün.
Biləcəridə soyarlar qonağı,
Binəqədi eyləyər qaş-qabağı,
Masazırdır şəbi-gərdan ocağı,
Xırdalan yerdir atan əhli üçün.
Yatma Novxanlı, qulaq söhbəti var,
Goradil, Fatmayi xoş ülfəti var,
Gəl Sarayə necə gör ləzzəti var,
Lap Corat ruhi-rəvan əhli üçün.
Nardaran bəxil, həsud, kin, riya,
Maştağa cəhl-cəhalət sifha,
O ki Bilgəhdi çoxu molla baba,
Hökməli kəndi çoban əhli üçün.
O ki Sabunçidi yox fayidəsi,
Qaldı Balaxanı - itib qayidəsi.
Bibiheybətdi dilənçi yuvası,
Qobu xoşdur malakan əhli üçün.
Acı dərman, bu sözü eylə bəyan,
Qələmi aldın əlinə nə zaman,
Satalar qanmayanı piri cavan,
Edələr xərci Şağan əhli üçün.
Стих начала прошлого века, так что не обижайтесь, дорогие земляки. Особенно Кешлинцы :))))

Sayılır gərçı Buzovna miyana,
Xudpəsənd olmağa əhli Ramana,
Bircə Zabratdır aman əhli üçün.
Keşlə məşhurdur - sarsaq bitirər,
Suraxanı suyu qatil yetirər,
Bülbülə öz başına qal gətirər,
Xilədir mərsiyəxan əhli üçün.
Biləcəridə soyarlar qonağı,
Binəqədi eyləyər qaş-qabağı,
Masazırdır şəbi-gərdan ocağı,
Xırdalan yerdir atan əhli üçün.
Yatma Novxanlı, qulaq söhbəti var,
Goradil, Fatmayi xoş ülfəti var,
Gəl Sarayə necə gör ləzzəti var,
Lap Corat ruhi-rəvan əhli üçün.
Nardaran bəxil, həsud, kin, riya,
Maştağa cəhl-cəhalət sifha,
O ki Bilgəhdi çoxu molla baba,
Hökməli kəndi çoban əhli üçün.
O ki Sabunçidi yox fayidəsi,
Qaldı Balaxanı - itib qayidəsi.
Bibiheybətdi dilənçi yuvası,
Qobu xoşdur malakan əhli üçün.
Acı dərman, bu sözü eylə bəyan,
Qələmi aldın əlinə nə zaman,
Satalar qanmayanı piri cavan,
Edələr xərci Şağan əhli üçün.
Стих начала прошлого века, так что не обижайтесь, дорогие земляки. Особенно Кешлинцы :))))
