May. 30th, 2011

shahin101: (pub)
Kəndli:
-- Denilir, elm oxuyun, sözləri hər anda bizə,
Bunu təsdiq ediyor ayeyi-Qur'an da bizə,

Axund:
-- Hansı Qur'andır о ki, onda yazılmış bu xəbər?
Şiə mollası yazan türkicə Qur'ansa əgər,
Mən onun yazdığı Qur'ana yavıq durmayıram,
Maşa ilə yapışıb, əl də belə vurmayıram.

Kəndli:
-- Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,
Elmin icabı üçün ondakı təqdiri oxu!

Axund:
-- Ox, apar bir yana at sünni yazan təfsiri!
Başına dəysin onun tərcüməsi, təhriri!
Bizlərə molla filankəs yazan asar gərək!
Biz olaq ondakı məzmunə xəbərdar gərək!

Kəndli:
-- О yazıb: yer öküzün buynuzu üstündə durur,
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!

Axund:
-- Buna şübhən də var?

Kəndli:
-- Əlbəttə, inanmam bu sözə!

Axund:
-- Nələtulla, a gavur, şəkk ediyorsan öküzə?!

Profile

shahin101: (Default)
shahin101

October 2012

S M T W T F S
 123456
7 8910111213
14151617181920
21 222324252627
28293031   

Most Popular Tags

Style Credit

Expand Cut Tags

No cut tags
Page generated Nov. 19th, 2025 10:27 am
Powered by Dreamwidth Studios